Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əkbər Azaddan anti-Azərbaycan valinin yalan iddiasına cavab
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əkbər Azaddan anti-Azərbaycan valinin yalan iddiasına cavab

Əkbər Azaddan anti-Azərbaycan valinin yalan iddiasına cavab


Azərbaycanlı yazıçı, tanınmış milli-mədəni fəal Əkbər Azad, Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin ötən əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı törədilən Ciloluq qətliamını inkar edən çıxışına tutarlı cavab verib.

Fəal, valinin qərəzli çıxışına cavab olaraq yazdığı mətndə asuri, ərəb, kürd, erməni, fars və s. daxil olmaqla bütün millətlərin təhqir olunmasına ciddi şəkildi qarşı olduğunu qeyd edib. O bildirib ki, biz Azərbaycan türkləri digər millətlərə hörmətlə yanaşdığımız halda, məntiqli şəkildə öz varlığımızı qorumağa da hazır olmalıyıq.

“Qərbi Azərbaycanın yerli olmayan və təhmil olunmuş valisi öyrəncilərin qarşısında irqçi bir çıxış edib. O iddia edib ki, birinci dünya müharibəsi ərəfəsində asuri ciloları Maşimunun rəhbərliyi ilə qətliam törətməyib. Bu iddia təmamiylə yanlışdır və irqçilik zəminində irəli sürülən fikirdir. Bu göstərir ki, vali Marşimun (asuri cilolarının rəhbəri), Andranik “daşnaksütün erməni qruplaşmasının rəhbəri), İsmayıl Simitqo (talançı kürd dəstələrinin sərkərdəsi) və onların tərəfdarlarının cinayətlərindən razı qalıb. Məhəmməd Mehdi Şəhriyarinin bu şəkildə çıxış etməsi iki səbəbdən irəli gələ bilər:
“1- O adam qərəzlidir və bu sözləri ilə İsmayıl Simitqonun rəhbərliyi altında edilən cinayətləri ört-basdır etmək istəyir. Əgər belədirsə, onun Simitqo ilə hansısa bağlılığı ola bilər.
2- Ola bilsin ki, o adam tarixi bilmir. Belədirsə, onun Maşimun, Andranik, Simitqo və digərlərinin cinayətləri ilə bağlı mütaliə etməsini istərdim. Mən aşağıda bu zəmində qələmə alınmış bir neçə əsər təklif edirəm:
A- “Urmiyə, dünyanı yandıran müharibədə”: Bu əsərdə Urmiyə, Salmas, Xoy və s. kimi Azərbaycan şəhərlərində 200 min nəfərdən çox müsəlman türkün öldürüldüyü qeyd olunub.
B- “Azərbaycanın 18 illik tarixi” (Hətta bu kitab türklərin əleyihə yazılan əsərdir. Kitabın müəllifi Əhməd Kəsrəvidir)
Əslində bu əsərləri oxumaq biz türklərə daha vacibdir”- deyə Əkbər Azad yazdığı cavab mətninin bir hissəsində qeyd edib.

Azərbaycanlı fəal mətnin sonunda vurğulayıb ki, valiyə, etdiyi cinayətlərinə görə İbni Ziyad ləqəbi verilən Şeyx Əbidulla barəsində də oxumağı məsləhət görərdim.

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir.

Məhəmməd Mehdi Şəhriyari dekabrın 7-də ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Ciloluq qətlimanını inkar edərək onu dəyərsiz hadisə adlandırıb. Mövzu ilə bağlı öyrəncilərin qarşısında çıxış edən vali bu məsələnin gündəmə gətirilməsini Qərbi Azərbaycanın inkişafına mane olduğunu bildirib.
Onun qərəzli çıxışı güney azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılanıb.

N.S

Geri dön