Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna Rusiya ilə dostluğa son qoydu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ukrayna Rusiya ilə dostluğa son qoydu

Ukrayna Rusiya ilə dostluğa son qoydu


Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə dostluq müqaviləsinin ləğvi haqqında qanunu imzalayıb.

Gələn il aprelin 1-dən müqaviləyə xitam veriləcək.

Poroşenko hələ sentyabrdan Milli Təhlükəsizlik Şurasının müqavilənin ləğvi qərarını dəstəkləmişdi. Ancaq o zaman rəsmi Kiyev müqavilənin ləğv ediləcəyini yox, yenilənməyəcəyini bəyan etmişdi.

Moskva Kiyevin qərarını destruktiv addım adlandıraraq təssüfləndiyini bildirib.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında dostluq müqaviləsi 1997-ci il mayın 31-də bağlanıb.

Geri dön