Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Meşginşəhrdə “21 Azər Hərəkatı”nın ildönümü münasibəti ilə braşuralar paylanılıb – GÖRÜNÜB
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Meşginşəhrdə “21 Azər Hərəkatı”nın ildönümü münasibəti ilə braşuralar paylanılıb – GÖRÜNÜB

Meşginşəhrdə “21 Azər Hərəkatı”nın ildönümü münasibəti ilə braşuralar paylanılıb – GÖRÜNÜB


“21 Azər Hərəkatı” adı ilə tarixə düşən Azərbaycan Milli Hökumətinin yaradılmasının 73-cü ildönümü münasibəti ilə Meşginşəhrdə (Xiyav) braşuralar paylanılıb.

Azərbaycanlı fəallar tərəfindən hazırlanan braşuralarda milli mökumətin Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 1945-ci il dekabrın 12-dən 1946-cı il dekabrın 12-dək etdiyi xidmətlərdən söz açılıb.

Milli hökumətin bir il müddətində Azərbaycana gördüyü işlər Pəhləvi rejiminin 20 ilindən çox olub. Qadınlara səsvermə hüququnun verilməsi, Təbriz Dövlət Universiteti və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. milli hökumətin gördüyü işlər sırasındadır.

“21 Azər Hərəkatı”nın ildönümü günlərində Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Mərənd, Xoy və s. kimi şəhərlərdə divarlara milli şüarlar yazmaq, bildiriş yaymaq və Güney Azərbaycan Milli Hərəkatının bayrağını dalğalandırmaq kimi bir çox tədbirlər həyata keçirilib.

Geri dön