Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı fəal Rəhman Qasimi təhlükəsizlik qüvvələrinin təzyiqi ilə işdən çıxarılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı fəal Rəhman Qasimi təhlükəsizlik qüvvələrinin təzyiqi ilə işdən çıxarılıb

Azərbaycanlı fəal Rəhman Qasimi təhlükəsizlik qüvvələrinin təzyiqi ilə işdən çıxarılıb


Urmiyəli milli-mədəni fəal Rəhman Qasimi mədəni fəaliyyəti ilə əlaqədar işindən uzaqlaşdırılıb.

Fəal təhlükəsizlik qüvvələrinin təzyiqi ilə dekabrın 11-də işdən çıxarılıb. Məlumata görə, məmurlar R.Qasiminin iş yerinə gedərək müəssisəsinin müdirini onu işdən çıxarmağa məcbur ediblər.

Təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəallara qarşı bu kimi təzyiqləri olduqca qeyri-nisanidir. Onlar fəalları iş yerlərini itirməklə təhdid edərək onların mədəni fəaliyyətlərinə mane olmağa çalışırlar. Ötən günlərdə tanınmış fəal Abbas Lisaninin oğlu Əli Lisaniyə də xəbərdarlıq məktubu göndərilərək işlətdiyi qızıl məmulatları təmiri mağazasının yaxın günlərdə möhürlənəcəyini bildirilib.

Rəhman Qasimi bundan əvvəl Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Geri dön