Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı > Azərbaycanın və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub


Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin sosial–iqtisadi inkişafı bölgə qubernatorluğunun diqqət mərkəzindədir.

Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini İlya Beqiaşvili, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və regionda fəaliyyət göstərən bələdiyyə rəhbərləri və infrastruktur xidməti nümayəndələrinin dekabrın 21-də keçirilmiş birgə iclasında bölgənin iqtisadi inkişaf perspektivləri geniş müzakirə olunub.

Görüşdə, eyni zamanda, 2019-cu ildə həyata keçiriləcək infrastruktur layihələri ətrafında müzakirələr aparılıb. Azərbaycan ilə Gürcüstanın arasında əlaqələrin genişləndirilməsinin, xüsusən də ölkələrimizin regionları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.

Xətayi Əzizov

Geri dön