Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səlim Müslümov: “Gələcəkdə pensiyaların baza hissəsi artırıla bilər”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Səlim Müslümov: “Gələcəkdə pensiyaların baza hissəsi artırıla bilər”

Səlim Müslümov: “Gələcəkdə pensiyaların baza hissəsi artırıla bilər”


“Azərbaycanda pensiyaların baza hissəsinin artırılması ölkədə sosial sığorta haqlarının formalaşması templərindən və məbləğindən asılıdır”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əgər sosial sığorta haqlarının yığımında yüksək artım müşahidə olunacaqsa, ölkədə pensiyaların baza hissəsini artırmaq üçün imkan yaranacaq.

“Əmək pensiyaları haqqında” qanuna görə, əmək pensiyalarının baza hissəsinin maliyyələşməsi dövlət büdcəsindən transfertlər və sosial sığorta haqlarının yığılmaları hesabına həyata keçirilir. Sosial sığorta haqları nəzərdə tutulmuş məbləğə uyğun və artıq olacaqsa, pensiyaların baza hissəsi artırılacaq” - deyə S.Müslümov qeyd edib.

Geri dön