Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qahirədə turist avtobusunda törədilən terror aktı dörd nəfərin ölümü ilə nəticələnib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Qahirədə turist avtobusunda törədilən terror aktı dörd nəfərin ölümü ilə nəticələnib

Qahirədə turist avtobusunda törədilən terror aktı dörd nəfərin ölümü ilə nəticələnib


Misirin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qahirədə turist avtobusunda törədilən terror aktı Vyetnamdan olan iki turistin, misirli gid və sürücünün ölümü, habelə 12 nəfərin yaralanması ilə nəticələnib.

TASS informasiya agentliyi xəbər verir ki, hadisə avtobus Giza ehramları yaxınlığından keçərkən yolda qoyulmuş əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Misirin Baş Prokurorluğunda əcnəbi turistlərə qarşı terror aktının törədilməsi işi üzrə cinayət işi açılıb. Ölkənin Baş naziri Mustafa Madbuli xəstəxanaya yerləşdirilmiş yaralılara baş çəkib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Geri dön