Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Astarada Xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyi qeyd olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Astarada Xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyi qeyd olunub

Astarada Xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyi qeyd olunub


Prezident İlham Əliyevin görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına müvafiq olaraq Astara Rayon Uşaq Musiqi Məktəbində tədbir keçirilib.

Tədbirdə musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Leyla İskəndərova Xalq artisti Gülxar Həsənovanın ömür yolu və yaradıcılığı barədə danışıb.

Sonra tədbir iştirakçıları görkəmli müğənniyə həsr olunmuş videofilmə baxıblar.

Tədbirdə məktəbin xanəndəlik sinfinin müəllim və şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Geri dön