Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xəlil Kələntər: İnanıram ki, torpaqlarımızın düşməndən azad ediləcəyi gün çox da uzaqda deyil
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Xəlil Kələntər: İnanıram ki, torpaqlarımızın düşməndən azad ediləcəyi gün çox da uzaqda deyil

Xəlil Kələntər: İnanıram ki, torpaqlarımızın düşməndən azad ediləcəyi gün çox da uzaqda deyil


İnanıram ki, Dağlıq Qarabağın və ona bitişik digər ərazilərimizin düşmən tapdağından azad ediləcəyi gün çox da uzaqda deyil. Bu fikri Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər deyib.

Yola salmaqda olduğumuz 2018-ci ilin Azərbaycan xalqı üçün uğurlu olduğunu qeyd edən Xəlil Kələntər bu ilin bir sıra mühüm hadisələrlə yadda qaldığını bildirib: “Söz yox ki, bu hadisələr içərisində xüsusi yeri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley tədbirləri tutur. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi müasir Azərbaycan dövlətinin, onun rəhbərliyinin xalqımızın tarixində mühüm yer tutan bu respublikaya - müsəlman Şərqinin ilk demokratik dövlətinə verdiyi ən yüksək qiymətdir.

Yola salmaqda olduğumuz ilin növbəti mühüm hadisəsi kimi mən Prezident İlham Əliyevin hakimiyyətdə olmasının 15-ci ildönümünü xüsusi qeyd etmək istərdim. Məhz bu dövrdə Azərbaycan dünya dövlətləri arasında demokratik dəyərlərə, hüquqi dövlət quruculuğuna sadiq bir ölkə olmaqla bərabər, həm də dünyanın enerji təminatında mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınıb. Ölkəmiz həm iqtisadi sahədə, həm də beynəlxalq münasibətlər müstəvisində böyük uğurlara imza atıb. Azərbaycan bütün dünyanı düşündürən qlobal problemlərin müzakirə edildiyi, multikultural və tolerant dəyərlərin təbliğ edildiyi mərkəzlərdən biri kimi tanınıb. Eyni zamanda, burada təşkil edilən müxtəlif idman yarışları, mədəni müsabiqələr Azərbaycana daha böyük diqqət göstərilməsinə şərait yaradıb. Məsələn, elə cari ildə Bakıda keçirilmiş Cüdo üzrə Dünya Çempionatı bu cür tədbirlərdən biridir.

Uğurlar sırasında mən ordumuzun Naxçıvan istiqamətində həyata keçirdiyi Günnüt əməliyyatını xüsusi vurğulamaq istəyirəm. Bu əməliyyat Azərbaycan dövlətinin ordu quruculuğuna mühüm diqqət yetirdiyini göstərməklə yanaşı, eyni zamanda, Ermənistanın torpaqlarımızı işğal altında saxlaması ilə xalqımızın heç zaman barışmayacağını bir daha göstərdi”.

Rəhbərlik etdiyi diaspor təşkilatı tərəfindən Yaponiyada Azərbaycanın təbliği istiqamətində ardıcıl işlər görüldüyünü qeyd edən Xəlil Kələntər, bu fəaliyyətin 2019-cu ildə daha əzmlə davam etdiriləcəyini vurğulayıb.

Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edən diaspor rəhbəri, xalqımıza əbədi birlik və həmrəylik, böyük qələbələr arzulayıb.

Vüqar Ağayev

Geri dön