Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tanınmış fəal Abbas Lisani 10 ay həbs cəzasına məhkum edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Tanınmış fəal Abbas Lisani 10 ay həbs cəzasına məhkum edilib

Tanınmış fəal Abbas Lisani 10 ay həbs cəzasına məhkum edilib


Ərdəbil İnqilab Məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini 10 ay həbs cəzasına məhkum edib.

Məhkəmə 2018-ci il dekabrın 31-də fəala SMS göndərərək Babək qalası mərasimi ilə bağlı dosyeyə görə həbs cəzasına məhkum edildiyini bildirib.

Bundan əvvəl hökmlə bağlı dəqiq məlumat olmadığı üçün, fəalın ailəsi məhkəmənin hökmləri icra edən şöbəsinə müraciət edib. Onlara bildirilib ki, fəal Təbriz zindanında keçirmək şərti ilə 10 ay həbs cəzasına məhkum edilib.

Abbas Lisani qiyabi hökmlə nəticələnən məhkəmə prosesini siyasi xarakterli və qanunsuz adlandırıb. O bildirib ki, qeyri-rəsmi və qanunsuz şəkildə məhkəməyə çağırıldığına məhəl qoymadığı kimi, hökmün icra olunması mərhələsində də müqavimət göstərəcək. Ona görə ki, Ettelaat Nazirliyi və məhkəmə sisteminin rüsvayçı hökmünün icra tərzi, zaman və məkanı onların istəyinə uyğun olmamalıdır.

Tanınmış fəal 2018-ci il iyulun 1-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılmışdır.

Fəal saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu elan edib.

İyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qalada və Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanmışdır.

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.

Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

N.S

Geri dön