Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İspaniya La Liqası: “Villyareal” – “Real Madrid” görüşündə qalib müəyyənləşməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > İspaniya La Liqası: “Villyareal” – “Real Madrid” görüşündə qalib müəyyənləşməyib

İspaniya La Liqası: “Villyareal” – “Real Madrid” görüşündə qalib müəyyənləşməyib


Yanvarın 4-də İspaniya La Liqasının 17-ci turunun təxirə salınmış oyunu keçirilib.

“Villyareal” doğma meydanda “Real Madrid” komandasını qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin heyətində hər iki qolu Santi Kazorla (4, 82) vurub, “kral” klubunun heyətində isə Kərim Benzema (7) və Rafael Varan (20) fərqləniblər. Bu heç-heçədən sonra “Real Madrid” turnir cədvəlində 30 xalla dördüncü, “Villyareal” isə 16 xalla 17-ci yerdə qərarlaşıb.

Geri dön