Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı alimin kitabları ABŞ-da çap olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycanlı alimin kitabları ABŞ-da çap olunub

Azərbaycanlı alimin kitabları ABŞ-da çap olunub


Bakı Dövlət Universitetinin (BDU) professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun “Azərbaycanın etnik və siyasi tarixi” və “Azərbaycanın tarixi xəritələri” adlı kitabları Amerika Birləşmiş Ştatlarında (Raley şəhəri, Şimali Karolina Ştatı) nəşr olunub.

BDU-dan bildiriblər ki, AMEA-nın əməkdaşı Fatma Fərəcova tərəfindən ingilis dilinə tərcümə edilmiş həmin kitabların redaktoru Maykl Brannokdur.

Nəşrlərdə Azərbaycanın etnik və siyasi tarixi ən qədim zamanlardan bugünkü dövrə qədər tədqiq edilib. Belə ki, kitablarda eramızdan əvvəlki minillikdə ölkəmizin ərazisində yaşayan türk mənşəli tayfalar, Azərbaycan xalqının yaranması, mövcud olan Azərbaycan dövlətləri, hökmdarları və prezidentləri barədə məlumatlar verilib.

Geri dön