Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Müəllimlərin hüquqlarını tələb edən Əhməd Təqəvi saxlanılıb – Əbhərdə
Müəllimlərin hüquqlarını tələb edən Əhməd Təqəvi saxlanılıb – Əbhərdə |
Zəncan Əyalətinin Əbhər şəhərində təqaüdə çıxmış müəllim Əhməd Təqəvi təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.
Müəllimlərin hüququnu müdafiə edən soydaşımız 2018-ci il dekabrın 24-də saxlansa da, bu barədə yenicə xəbər yayılıb. Fəalın ailəsinə yaxın bir mənbə mövzu ilə bağlı “Herana” xəbər agentliyinə danışıb. “Cənab Təqəvi dekabrın 24-ü yerli vaxtla saat 11 radələrində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O yaxalandığı gündən iki gün sonra ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb, daha sonra onun vəziyyəti barədə heç bir məlumat əldə etmək mümkün olmayıb”- deyə o bildirib. Əhməd Təqəvinin saxlanmasının səbəbi hələlik məlum deyil. Lakin onun 2018-ci il dekabrın 20-də Əbhərdə müəllimlərin keçirdiyi etiraz yığıncağındakı çıxışı ilə bağlı saxlandığı ehtimal olunur. “Təqəvi dekabrın 20-də keçirilən etiraz yığıncağında çıxışı zamanı inflyasiya, yoxsulluq, müəllimlərin məişət problemləri və etirazçıların təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasına etiraz bildirmişdir. O sözlərinin sonunda əlavə edib ki, mən hər gün buradan keçərək yaşlı analığıma baş çəkirəm. Məndən iki gün xəbər olmasa, özünüz bilin ki, Təqəvi haradadır!”- deyə mənbənin dediyinə görə Əhməd Təqəvi çıxışında qeyd edib. Xatırladaq ki, 2018-ci il dekabrın 20-də Əbhər Şəhər İcra Hakimiyyəti binasının qarşısında çox sayda təqaüdə çıxmış müəllim etiraz yığıncağı keçirib, yığıncaqda bir çox tələb irəli sürülüb. Geri dön |