Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhəmməd Yəzdidən gülünc iddia: “40 il ərzində 400 il səviyyəsində inkişaf etmişik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məhəmməd Yəzdidən gülünc iddia: “40 il ərzində 400 il səviyyəsində inkişaf etmişik”

Məhəmməd Yəzdidən gülünc iddia: “40 il ərzində 400 il səviyyəsində inkişaf etmişik”


İranın Konstitusiyaya Nəzarət Şurasının fəqihlər şöbəsinin üzvü Məhəmməd Yəzdi gülməli bəyanatla çıxış edərək, İranın 1979-cu il fevral inqilabından bu günə qədər keçən 40 il ərzində 400 il səviyyəsində “inkişaf” etdiyini deyib.

87 yaşlı Yəzdi deyib: “Ötən 40 il ərzində ölkəyə 400 il səviyyəsində xidmət edilib və 400 il səviyyəsində inkişaf etmişik. Texnikalar, cihazlar, avadanlıqlar və həyat səviyyəsi keçmiş ilə müqayisədə xeyli dəyişib.”

İranlı yüksək vəzifəli axund “inkişaf”ın xırdalıqları barədə heç nə deməyib. O, yalnız əlavə edib ki, bu 40 il ərzində “islam və inqilab prinsiplərinin qorunub saxlanılmasına böyük əmək sərf edilib”.

Qeyd edək ki, iranlı axund ölkənin “inkişaf” etdiyini bildirsə də, bütün beynəlxalq göstəricilər və statistikalar bunun əksini sübut edir. Ölkədə istifadə edilən texnologiyanın əksəriyyəti xaricdən idxal edilir və ya ehtiyac hissələri digər ölkələrdən alınaraq, İranda montaj edilir. Eləcə də, İran korrupsiyanın ən çox yayıldığı ölkələrdən biridir və ölkə rəsmilərinin əksəriyyəti də bunu etiraf edir. “Beynəlxalq Şəffaflıq Təşkilatı”nın hicri təqvimlə ötən ilin mart (esfənd-red.) ayında korrupsiya ilə bağlı yaydığı statistikada İranın 180 ölkə içərisində 130-cu yerdə qərarlaşdığı bildirilirdi.

Digər tərəfdən, bu 40 il ərzində siyasi, milli, mədəni təzyiqlər, eləcə də işsizlik və ağır həyat şəraitinə görə İranı tərk edənlərin sayının 10 milyon nəfərə yaxın olduğu deyilir. Siyasi repressiyalar, insan haqlarının kobud şəkildə pozulması, milli-mədəni fəalların həbsi və təzyiqlərə məruz qalması, terrorizmi himayə, iqtisadi və ekoloji böhran, cinayətlərin və məhbusların sayının artması, senzura və bu kimi digər hallar İran rejiminin bu 40 il ərzində “uğur” adlandırdıqlarından bir qismidir.

Geri dön