Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qisseyi-Əbu Əli Sina” əsərinin surəti Azərbaycana gətirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Qisseyi-Əbu Əli Sina” əsərinin surəti Azərbaycana gətirilib

“Qisseyi-Əbu Əli Sina” əsərinin surəti Azərbaycana gətirilib


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından “Qisseyi-Əbu Əli Sina” əsərinin surətini əldə edib.

Akademiyadan bildirilib ki, Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş və Azərbaycan turkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib.

“Qisseyi-Əbu Əli Sina” 99 vərəqdən ibarətdir, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılıb. Əsərdə İbn Sina barədə tarixi faktlarla yanaşı, rəvayətlər də yer alıb.

Geri dön