Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı sülhməramlılar Cənubi Sudana gedir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Azərbaycanlı sülhməramlılar Cənubi Sudana gedir

Azərbaycanlı sülhməramlılar Cənubi Sudana gedir


Azərbaycan hərbçiləri sülhməramlı missiyada iştirak etmək üçün yanvar ayının sonunadək Cənubi Sudana yola düşəcəklər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı məlumat verib.

"Azərbaycanlı sülməramlılar yanvar ayının sonunadək Cənubi Sudana göndəriləcəklər. Hazırda onların yola salınmasına hazırlıq prosesi başa çatmaq üzrədir», - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

Azərbaycan parlamenti 2018-ci il noyabrın 30-da azərbaycanlı sülhməramlıların BMT-nin mandatı altında Cənubi Sudanda beynəlxalq missiyada iştirak etməsinə razılıq verib. Azərbaycan sülhməramlı qüvvələrin tərkibində 4 hərbçi – 3 zabit və 1 müşahidəçi ilə təmsil olunacaq.

Onu da qeyd edək ki, hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu (6 zabit daxil olmaqla) NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasında iştirak edir.


Geri dön