Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Alpaqut Turan döyüş sənəti Birləşmiş Ərəb Əmirliklərində təbliğ olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Alpaqut Turan döyüş sənəti Birləşmiş Ərəb Əmirliklərində təbliğ olunub

Alpaqut Turan döyüş sənəti Birləşmiş Ərəb Əmirliklərində təbliğ olunub


Son illər Azərbaycanda sürətlə inkişaf edən alpaqut Turan döyüş sənətinin beynəlxalq aləmdə təbliği işində ölkəmiz yüksək fəallığı ilə seçilir. Bu idman növünün beynəlxalq miqyasda təbliği çərçivəsində növbəti tədbirlər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunub.

Azərbaycan Alpaqut Federasiyasının birinci vitse-prezidenti Nuranə Şixəliyevanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin BƏƏ-dəki səfirliyinin təşkilatçılığı ilə bu ölkədə səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti BƏƏ-də Azərbaycan diasporunun üzvləri, azərbaycanlı tələbələrlə görüşlər keçirib. Görüşlərdə və tədbirlərdə Azərbaycan dövlətinin idmana göstərdiyi yüksək diqqət və qayğı, ölkəmizdə idman sahəsində qazanılan mühüm nailiyyətlər, eləcə də alpaqut Turan döyüş sənətinin inkişafı, ötən ilin sonunda Bakıda idmanın bu növü üzrə birinci dünya çempionatının yüksək səviyyədə təşkili barədə ətraflı məlumat verilib.

Alpaqut Turan döyüş sənətinin müəllifi, beynəlxalq dərəcəli idman ustası Vasif Namazov türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş növləri ilə sintezləşdirilərək yaradılan alpaqut idmanı barədə iştirakçıları məlumatlandırıb. Bildirib ki, alpaqut idman növünün beynəlxalq arenada inkişafı məqsədilə 2014-cü ildə Azərbaycanda Dünya Alpaqut Federasiyası yaradılıb. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan və Rusiya üzrə nümayəndəlikləri fəaliyyət göstərir. Bu qurum 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib.

Ölkəmizdə idman sahəsində əldə edilən nailiyyətlər, eləcə də alpaqut Turan döyüş sənəti ilə bağlı ətraflı məlumat böyük maraqla qarşılanıb.

Geri dön