Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mahmud Bilgin: İlk dəfədir federalizmdən söz edirik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Mahmud Bilgin: İlk dəfədir federalizmdən söz edirik

Mahmud Bilgin: İlk dəfədir federalizmdən söz edirik


Mahmud Bilgin deyir, “millətimizin bir millət-dövlət kimi səhnədə olmasının yolu indilik federalizmdən keçir. Elə bir sistem ki, Güney Azərbaycanda parlament qurulsun və türkcə İranın tamamında rəsmi dil olsun.”

Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Amerikanın Səsi ilə söhbətdə ilk dəfə olaraq federalizm hədəfinin ortaya qoyulmasının səbəblərini açıqlayıb.
Bizim istədiyimiz federalizm mütləq bərabər hüquqlara dayanır. Xüsusilə də türkcənin İranın tamamında rəsmi dil olması qırmızı xəttimizdir,”
Son vaxtlar İran İslam Respublikasının yerinə gələcək rejimin mahiyyəti ilə əlaqədar mübahisələrin artması ilə bərabər, Milli Hərəkata mənsub təşkilatlar və türk fəallar arasında da federal bir alternativə müsbət münasibət bildirənlərin sayı çoxalmaqdadır.

O cümlədən, Güney Azərbaycan Demokrat Partiyası ilk dəfə olaraq hazırkı vəziyyətdə federalizmi bir hədəf olaraq müəyyənləşdirdiyini elan edib.

“İlk dəfədir federalizmdən danışırıq. İndiyə kimi partiyamızın içində millətimizin öz müqəddəratını təyin etmə haqqından söhbət gedirdi. Əsasən milli hərəkatda söhbətlər bu şəkildə idi,” GADP-ın başqanı Mahmud Bilgin söyləyir.

Bilgin hazırkı siyasi şərtlərdə İranın gələcəyi ilə bağlı konkret olaraq bir hədəfin ortaya qoyulmasının qaçılmaz olduğunu ifadə edir.

Onun söylədiklərinə görə, “İslam Respublikasının devrilməsi gündəmə gəldiyi üçün artıq bu rejimin yerinə gələcək alternativlər mübahisə mövzusu olub. Bizim hərəkat daha çox reaksiyalardan ibarət olub və məsələlərə milli aspektdən yanaşır. Lakin bu gün milli-siyasi bir hərəkata dönüşdüyümüzdə müəyyən bir hədəf ortaya qoymalıyıq.”

Bizim siyasi simvollarımız millətimizin içində çox tanınmayıb. Torpaqlarımız çox müəyyənləşməyib, qonşularımızla davadayıq.
Siyasi fəal daxili imkanlar və beynəlxalq siyasəti nəzərə aldıqdan sonra federalizm hədəfinin əlverişli olduğuna qərar verdiklərini önə çəkir:

“Millətimizin indiki siyasi şüuruna baxanda hələ ki, siyasi məsələlərdə öz varlığını açıq şəkildə rejimə qarşı ortaya qoymamışdır. Bir də, müstəqilliyə keçən başqa millətlər ümumiyyətlə daha əvvəl yarım-federal və muxtar bir mərhələni keçirmişlər. Sovetlərdə olduğu kimi... Biz görürük ki, bizim siyasi simvollarımız millətimizin içində çox tanınmayıb. Torpaqlarımız çox müəyyənləşməyib, qonşularımızla davadayıq. Həm də milli şüurumuzu milli-siyasi şüura çevirməkdə çətinliklərimiz vardır.”

Mahmud Bilgin xarici faktorlara diqqət çəkərək deyir ki, “bölgə gücləri və ya beynəlxalq güclərin hədəfləri və planları nədir? Biz bunlara diqqət etməyə məcburuq. Zaman 30-40 il əvvəlki zaman deyil. İndi elə deyil ki, sadəcə içəridəki millətin dediyi olsun... İstəsək də istəməsək də, xarici güclərin təsiri çox önəmlidir. İraqda kürdlərin məsələsi bunu göstərdi.”

Bunları nəzərə alaraq buna yetişdik ki, indiki durumda, millətimizin varlığı ilə və bir millət-dövlət olaraq səhnədə olmasının yolu federalizmdən keçir.
O bütün bu faktorları nəzərə alaraq GADP-ın yeni siyasətini açıqlayır.

“Bunları nəzərə alaraq buna yetişdik ki, indiki durumda millətimizin varlığı ilə və bir millət-dövlət olaraq səhnədə olmasının yolu indilik federalizmdən keçir. Əlbəttə, biz bəzi qüvvələr kimi ki, hazırkı vilayətlər üçün federalizmdən söz edirlər, ya iqtisadi federalizmi düşünürlər, düşünmürük. Bizim istədiyimiz mütləq bərabər hüquqlara dayanır. Xüsusilə də türkcənin İranın tamamında rəsmi dil olması qırmızı xəttimizdir,” siyasi fəal bəyan edir.

Mahmud Bilgin hesab edir ki, partiyasının yeni taktikası ilə “milli hərəkatın güclənməsi və bütünləşməsinin formulu ortaya qoyulmuşdur.”

“Düşünürük ki, bu taktika ilə federalçı və istiqlalçı qüvvələrlər olaraq ortaq bir dil tapıb, millətimizin çıxarlarını birlikdə qoruya bilərik,” deyə siyasi fəal əlavə edir.

Geri dön