Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zərif: “Talibanın Əfqanıstanın gələcəyində öz yeri olmalıdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zərif: “Talibanın Əfqanıstanın gələcəyində öz yeri olmalıdır”

Zərif: “Talibanın Əfqanıstanın gələcəyində öz yeri olmalıdır”


Hindistanda səfərdə olan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu sözləri yerli televiziya kanallarından biri ilə müsahibə zamanı deyib.

Onun sözlərinə görə, Əfqanıstanın gələcəyini Talibansız qurmaq “qeyri- mümkün”dür. Bununla belə, Zərif bildirib ki, Taliban Əfqanıstanda üstün rola sahib olmalı deyil.

İranın Talibanla əlaqələrinin səviyyəsindən də danışan Zərif, qeyd edib ki, İran Talibanla “düşünülmüş əlaqələr” qurub: “Əfqanıstanla olan sərhədlərimiz bu qruplaşmanın nəzarətində olduğu üçün bizim bu münasibətlərə ehtiyacımız var”- deyə o, əlavə edib.

Qeyd edək ki, 1990-cı illərdə İran ilə Taliban terror qruplaşması arasında münasibətlər gərgin olub. Xüsusilə də Talibanın İranın Məzari-Şərifdə yerləşən konsulluğuna hücumundan sonra iki tərəf barışmaz düşmənə çevrilmişdilər. Lakin son illər geostrateji maraqlar səbəbindən rəsmi Tehran ilə terror qruplaşması arasındakı münasibətlərdə yaxınlaşma hiss olunur.

Son illər ərzində Amerika Birləşmiş Ştatları, eləcə də bir sıra avropalı diplomat İran və Rusiyanı DAİŞ-in Əfqanıstanda təsirinin artması ilə mübarizə üçün Taliban terror təşkilatına dəstək verməkdə ittiham edir.

Geri dön