Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xorasan əyalətinin Ədliyyə rəhbəri: “İslam respublikası tərəfindən cəzalandırılanların axirət dünyasında cəzası yüngülləşir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xorasan əyalətinin Ədliyyə rəhbəri: “İslam respublikası tərəfindən cəzalandırılanların axirət dünyasında cəzası yüngülləşir”

Xorasan əyalətinin Ədliyyə rəhbəri: “İslam respublikası tərəfindən cəzalandırılanların axirət dünyasında cəzası yüngülləşir”


Xorasan əyalətinin Ədliyyə İdarəsinin rəhbəri Əli Müzəffəri deyib ki, “İran İslam Respublikası tərəfindən cəzalandırılmaq axirət əzabını azaldır”.

O, bu fikirləri dünən (8 yanvar-red.) Xorasan əyalətinin yeni həbsxana başçılarının təqdimat mərasimi zamanı səsləndirib: “Biz islam respublikası siyasi sistemində imam Zaman və Allahın nümayəndəsi olaraq xalqın işlərinə qarışırıq. Əgər kimsə tağut hakimiyyəti dövründə (Şah dövründə-red.) həbs edilsəydi, bu həbs onun axirət əzabını yüngülləşdirməzdi. Lakin bu gün kimsə islam respublikasının şəri hakimləri tərəfindən həbs, şallaq, qisas və digər cəzalara məhkum edilsə, bu hökmlərin axirət həyatı ilə bağlı məhkumlar üçün müsbət cəhəti budur ki, onlar axirətdə bu cəzalardan azad olacaqlar”- deyə Əli Müzəffəri bildirb.

Qeyd edək ki, İranın rəsmi xəbər agentliyi “İSNA” bu xəbəri oxşar başlıqla yayımlasa da, sonradan mətndən “islam respublikası tərəfindən cəzalandırılanların axirət dünyasında cəzası yüngülləşir” hissəsi çıxarılıb.

Geri dön