Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ümumdünya Türkoloqlarının Konqresinə hazırlıq məsələləri müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Ümumdünya Türkoloqlarının Konqresinə hazırlıq məsələləri müzakirə olunub

Ümumdünya Türkoloqlarının Konqresinə hazırlıq məsələləri müzakirə olunub


Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulovla görüşüb.

Görüşdə TWESCO-nun 2018-ci ildə gördüyü işlər barədə hesabat, Akademiyanın görəcəyi işlər və nazirliklə əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə 2019-cu ildə Astanada keçiriləcək Ümumdünya Türkoloqlarının Konqresinə hazırlıq məsələləri müzakirə olunub.

Qeyd olunub ki, Ümumdünya Türkoloqlarının Konqresi türk dünyasında çox böyük hadisə kimi dünya türkçülüyünə böyük töhfə və stimul verəcək, Türk Dünyası üçün dünya türkologiyasını canlandırmaq, dünya türkologiyasının mövcud vəziyyəti, nailiyyətləri, problemləri və perspektivlərini dərindən təhlil etmək, həmçinin dünyada gedən proseslərə, bir çox problemlərin həllində fundamental müsbət nəticələrin alınmasına stimul verəcək bir hadisə olacaq.

B.Atamkulov qeyd edib ki, türk əməkdaşlığı bu gün özünün yeni inkişaf mərhələsindədir. Qazaxıstan dövlətinin başçısı Nursultan Nazarbayev türkçülüyün flaqmanı olan və bu prinsiplərin müddəalarını özündə əks etdirən “Böyük Çölün 7 özəlliyi” adlı proqram məqaləsində türk xalqlarının yaxınlaşmasına böyük əhəmiyyət verir. Həmin proqramı yerinə yetirmək üçün nazirlik konqresin keçirilməsinə diqqətini və qayğısını əsirgəməyəcək.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı Qazaxıstanın xarici işlər nazirinə Akademiyanın fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlıq edib. 2019-cu ilin ortalarında UNESCO-nun baş qərargahında “Böyük çöl: mədəni irs və dünya tarixində rolu” adlı beynəlxalq forumun keçiriləcəyini deyib.

Geri dön