Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə nümayəndə heyəti ABŞ-a səfər edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Türkiyə nümayəndə heyəti ABŞ-a səfər edəcək

Türkiyə nümayəndə heyəti ABŞ-a səfər edəcək


Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq etdiyi nümayəndə heyəti fevralın 5-də ABŞ-a səfər edəcək.

Bu barədə Türkiyə KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, ABŞ-da iki ölkəni təmsil edən birgə işçi qrup Suriya böhranı, FETÖ və PKK ilə mübarizəyə dair müzakirələri davam etdirəcək.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin baş qərargah rəisi, general-mayor Cozef Danfordın rəhbərlik etdiyi nümayəndə heyətinin yanvarın 7-8-də Ankarada keçirdiyi görüşlərdə bu məsələlər müzakirə olunub.

Sabir Şahtaxtı

Geri dön