Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstandakı Azərbaycan Dram Teatrının bədii rəhbəri vəzifəsinə ilk dəfə azərbaycanlı təyin olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstandakı Azərbaycan Dram Teatrının bədii rəhbəri vəzifəsinə ilk dəfə azərbaycanlı təyin olunub

Gürcüstandakı Azərbaycan Dram Teatrının bədii rəhbəri vəzifəsinə ilk dəfə azərbaycanlı təyin olunub


Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbər vəzifəsinə təyinat olub.
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bu vəzifəyə teatrın gənc aktyor və rejissoru Turqay Vəlizadəni təyin edib.
T.Vəlizadə teatrın ilk azərbaycanlı bədii rəhbəri olub. Belə ki, bu vaxta qədər bu vəzifəni gürcü əsilli incəsənət xadimləri tutublar.
Qeyd edək ki, T.Vəlizadə Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin rejissorluq ixtisası üzrə magistr dərəcəsi alan ilk azərbaycanlıdır.
Xatırladaq ki, teatrın keçmiş bədii rəhbəri Varlam Nikoladze ötən ilin oktyabr ayında səhhəti ilə əlaqadər işdən çıxıb.

Geri dön