Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yəmən dövləti: “İran beynəlxalq qanunları ayaqları altına alır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Yəmən dövləti: “İran beynəlxalq qanunları ayaqları altına alır”

Yəmən dövləti: “İran beynəlxalq qanunları ayaqları altına alır”


Yəmənin qanuni hökuməti bəyanat yayaraq, İranın bu ölkənin daxili işlərinə qarışmasını, eləcə də sülh prosesinə zərbə vurmasını kəskin pisləyib.

Bəyanatda BMT-nin baş katibi və onun Yəmən üzrə xüsusi elçisinin bu ölkədəki müharibəni dayandırmaq üzrə cəhdlərinə baxmayaraq, İranın husiləri silah-sursatla təchiz edərək, öz maraqlarını təmin etdiyi vurğulanır.

Yəmən dövlətinin bəyanatında həmçinin bildirilir ki, İsveç razılaşmasının əldə edilməsi ilə eyni zamanda husilər tərəfindən yenidən İran istehsalı olan pilotsuz uçan aparatların istifadəsinin artması BMT baş katibi və onun Yəmən üzrə elçisinin ölkədə sülh əldə edilməsi istiqamətində göstərdikləri səyləri nəticəsiz qoymaq üçün planlaşdırılmış və sistematik təxribat xarakterli addımlardır. Bu isə rəsmi Tehranın husiləri öz siyasi mənfəətlərini həyata keçirmək üçün dəstəklədiyinin bariz göstəricisidir.

Yəmən dövləti BMT və beynəlxalq ictimaiyyətdən husilərin və onların himayədarı olan İran rejiminin bu təxribat əməlləri qarşısında qınamaq və diplomatik mesaj vermək əvəzinə əməli addımlar atmasını istəyib.

Bəyanatın sonunda qeyd edilir ki, İran BMT-nin icrası vacib olan qətnamələrini ayaqları altına atır, üsyançıları silahlandırmaqla bağlı qadağanı pozur və onlara qaçaq yolla PUA, raket və silah- sursat göndərir. Buna görə də beynəlxalq ictimaiyyət rəsmi Tehrana qəti və ciddi reaksiya verməsə, o, öz təxribat əməllərinə davam edəcək.

Geri dön