Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə rəsmisi Donald Trampın təhdidinə cavab verdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyə rəsmisi Donald Trampın təhdidinə cavab verdi

Türkiyə rəsmisi Donald Trampın təhdidinə cavab verdi


Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ Prezidentinin Ankaranın kürdlərə hücum edəcəyi təqdirdə bu ölkənin iqtisadiyyatını məhv edəcəyi ilə bağlı təhdidinə münasibət bildirib.

Anadolu agentliyi xəbər verir ki, İ.Kalın deyib: “Cənab Tramp, terrorçular sizin tərəfdaşınız və müttəfiqiniz ola bilməz. Türkiyə ABŞ-dan strateji tərəfdaşlıqla bağlı öhdəliklərini yerinə yetirməyi və buna terror təbliğatı ilə kölgə salmamağı gözləyir”.

Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqə üzrə müşaviri professor Fəxrəddin Altun da bildirib ki, Ankara kürdlərin düşməni deyil, himayədarıdır. Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün Suriyada terror təşkilatlarına qarşı əməliyyatlar aparır və buna davam edəcək.

Geri dön