Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib


Yanvarın 14-də Ankarada Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair görüş keçirilib.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) bildiriblər ki, Türkiyənin Müdafiə Sənayesi Komitəsində təşkil olunan görüş 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin müddəalarına uyğun olaraq həyata keçirilib.

Görüşdə MSN-in və nazirliyin birlik və müəssisələrinin rəhbərlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti, Türkiyənin “Aselsan”, “Roketsan”, “Ayesaş”, “TAİ”, “Çukurova” və digər qabaqcıl müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak ediblər.

Söhbət zamanı Türkiyənin görüşdə təmsil olunan şirkətlərinin fəaliyyəti ilə bağlı təqdimatlar keçirilib.

Tədbirdə Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlığın səviyyəsində məmnunluq ifadə olunub. Həmçinin bir sıra yeni əməkdaşlıq layihələrinin icrası ilə bağlı qarşılıqlı razılıqlar əldə edilib.

Sonda iclasın yekununa dair protokol imzalanıb.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir ilə də görüşüb.

Geri dön