Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur”un yeni baş məşqçisi məlum oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur”un yeni baş məşqçisi məlum oldu

“Traxtur”un yeni baş məşqçisi məlum oldu


Məhəmməd Təqəvi Təbrizin “Traxtur” futbol komandasının baş məşqçisi postundan istefa verdikdən sonra klub rəhbərliyi komanda üçün yeni baş məşqçi təyin edib.

Yayılan məlumata görə, 69 yaşlı belçikalı Corc Likens artıq “Traxtur”un yeni baş məqşçisi kimi təqdim olunub. O bundan əvvəl Belçikada 7 dəfə ilin baş məşqçisi seçilib.

Belçikanın milli komandası Corc Likensin baş məşqçiliyi ilə 1998-ci ildə dünya kubokuna qatılıb. Tanınmış baş məşqçi 2010-cu ildə tarixinin ən ağır dövrünü yaşayan Belçikanın milli komandasını FİFA-nin reytinq sıralamasında 60-cı yerdən 18-ci yerə yüksəldib. Belçikanın milli komandası Corc Likensin komandaya cəlb etdiyi oyunçularla 2018-ci ildə dünya kubokunda 3-cü yeri tutub.

Corc Likens bundan əvvəl Tunis, Əlcəzair və Macarıstan milli komandalarının da sükanı arxasında çalışıb.

Belçikalı baş məşqçi ilə “Traxtur” klubu rəhbərliyi arasında yanvarın 13-də müqavilə imzalanıb.

N.S

Geri dön