Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “İdarəetmə sektorunda şişirdilmiş aparat mövcuddur”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “İdarəetmə sektorunda şişirdilmiş aparat mövcuddur”

“İdarəetmə sektorunda şişirdilmiş aparat mövcuddur”


Fərəc Quliyev: “Bəzi qurumların işində paralellik var”

“Ölkə başçısının islahat vədi ürəyimizcədir”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında idarəetmə aparatının şişirdilməsi probleminin mövcudluğunu vurğulayıb, struktur islahatlarının aparılmasının vacibliyinə diqqət çəkib.

İdarəetmə strukturunda aparılacaq islahatlar, şişirdilən qurum və ştat yerlərinin azalması dövlət vəsaitinə əhəmiyyətli dərəcədə qənaətə imkan verə bilərmi?

Moderator.az-a açıqlama verən millər vəkili Fərəc Quliyev belə bir islahata ciddi ehtiyac duyulduğunu söylədi:

“Hər şeydən öncə qeyd edim ki, bu günə qədər idarəetmə ilə bağlı mütəmai surətdə təkliflərlə çıxış etmişəm. Prezident seçkisində bəzi məsələlərə çox sərt şkildə yanaşmışdım. Prezident isə andiçmə məraisimdə bütün bu tənqidlərin obayektiv olduğunu və nəzərə alacağını bildirmişdi. Bu, bizim ürəyimizcə olan bir məsələ oldu. Biz dəfələrlə bildirmişik ki, idarəetmə ilə bağlı şişirdilmiş bir aparat mövcuddur. Mən parlamentdə də bildirmişəm ki, Nazirlər Kabinetinin özü də buraxılmalıdır. Çünki buarada da ciddi paralelliklər var. Bəzi şöbələr Prezident Aparatında var və bu şöbələr nazirliklərlə bağlı lazımi işi apara bilər. 8 mindən çox bir-brini təkrarlayan iş yelrərinin mövcud olduğu bildiirlir. Bələdiyyə və icra strukturlarının işində də paralelilik vardı və həmişə tərəfdarı olmuşam ki, yerli bələdiyyələrin səlahiyyətləri artsın. Bu isə icra strukturlarının səlahiyyətinin azaldılması hesabına həyata keçirilməlidir. Belə olan halda həm çeviklik, həm də məsuliyyət artacaq. Bələdiyyələr seçkili orqan olduğu üçün oradakı problemlər lokallaşacaqdır. Indiki halda isə ölkədə hər hansı bir problem olan kimi bu problem mərkəzə transfer edilir və hər kəs günahı mərkəzdə görür.

Mən bu islahatların tam tərəfdarıyam. Ölkə başçısının təklifləri reallaşarsa, bu həm büdcəyə qənat etmək, həm də müəyyən qurumların məsuliyyəti bir-birlərinin üzərinə atması hallarının qarşısını almaq baxımındna önəmli addım olacaq”.

Seymur ƏLİYEV

Geri dön