Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Tata Steel Masters-2019”: Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə oynayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Tata Steel Masters-2019”: Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə oynayıb

“Tata Steel Masters-2019”: Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə oynayıb


Yanvarın 15-də Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin dördüncü turunun oyunlarına yekun vurulub.

Şahmatçımız Teymur Rəcəbovdan sonra Şəhriyar Məmmədyarov da növbəti turu heç-heçə başa vurub. Qrossmeysterimizin budəfəki rəqibi yarışın lideri rusiyalı Yan Nepomnyaşi olub.

Qeyd edək ki, Y.Nepomnyaşi 3 xalla turnir cədvəlinə başçılıq edir. Şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov isə 2 xalla 6-9-cu yerləri bölüşürlər.

Geri dön