Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Əkbər Salehi: “İradə etsək, üç-dörd gün içində uranı 20 % dərəcədə zənginləşdirməyə başlaya bilərik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əli Əkbər Salehi: “İradə etsək, üç-dörd gün içində uranı 20 % dərəcədə zənginləşdirməyə başlaya bilərik”

Əli Əkbər Salehi: “İradə etsək, üç-dörd gün içində uranı 20 % dərəcədə zənginləşdirməyə başlaya bilərik”


İran Atom Energisi Təşkilatının rəisi Əli Əkbər Salehi yanvarın 15-də jurnalistlərə açıqlamasında Avropa Birliyinin nüvə sazişinin (Bərcam) icrasını ləngitməsindən gileylənib.

Salehi bildirib ki, əgər nüvə sazişinin icrası üçün İranla Avropa Birliyi arasında mükəmməl bir razılıq əldə olunmasa, İran bir neçə gün ərzində uranı 20 % dərəcədə zinginləşdirməklə bağlı fəaliyyətini yenidən bərpa edəcək: “Biz, bir həftədən az bir müddətdə buna başlaya bilərik. Daha doğrusu, istəsək və iradə etsək, cəmi üç-dörd gün içində uranı 20 % dərəcədə zənginləşdirməyə başlaya bilərik.

Bir daha bildiririk ki, Avropa Birliyi nüvə sazişinin icrası ilə bağlı verdiyi vədlərə əməl etmir. Bu isə bizim üçün qəbuledilməzdir”.

Geri dön