Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Putin və Ərdoğan Suriyada bufer zonası yaradılmasını müzakirə edəcəklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Putin və Ərdoğan Suriyada bufer zonası yaradılmasını müzakirə edəcəklər

Putin və Ərdoğan Suriyada bufer zonası yaradılmasını müzakirə edəcəklər


Suriyanın şimalında bufer zonası yaradılmasına dair Türkiyənin təklifi Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların gedişində müzakirə ediləcək.

Bunu Rusiya XİN-in başçısı Sergey Lavrov bildirib.

Bu ərəfədə Türkiyə prezidenti yanvarın 23-də Rusiyaya səfər edəcəyini, Putinlə təkbətək formatda danışıqlar aparacağını elan etmişdi.

Lavrovun sözlərinə görə, Rusiya cəlb olunmuş bütün tərəflərin, regionun və Suriyanın bütün qonşularının, o cümlədən Türkiyənin maraqlarının nəzərə almasına nail olmağa çalışacaq.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra Suriyanın şimalında bufer zonası yaratmaq niyyətini təsdiqləyib. Bildirib ki, Ankara yerdə təhlükəsizliyi təmin etməyə hazırdır, Amerika tərəfi isə bunu hava məkanında edəcək.

Geri dön