Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif xüsusi bəyanatla çıxış edərək ABŞ-dan iranlı jurnalistin təcili azad olunmasını tələb edib.

Məhəmməd Cavad Zərif ABŞ-da iranlı jurnalist Mərziyə Haşiminin həbs edilməsini siyasi şantaj adlandırıb.

Qeyd edək ki, Melani Franklin ABŞ-da anadan olub. Sonralar daimi yaşamaq üçün İrana köçüb və Mərziyyə Haşimi adını götürərək Press TV-də jurnalist kimi fəaliyyətə başlayıb.

O, yanvarın 13-də yaxın qohumları ilə görüşmək üçün ABŞ-a yola düşüb və Sent -Luis şəhərinin aeroportunda həbs edilərək Vaşinqton türməsinə gətirilib.

Jurnalistin həbs edilməsi səbəbləri haqqında məlumat verilmir. Lakin mətbuat yazır ki, jurnalist casusluqda ittiham edilir.

Rabil Kətanov

Geri dön