Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizin “Maşınsazi” komandasının oyunçusu “Sumqayıt” klubuna transfer edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizin “Maşınsazi” komandasının oyunçusu “Sumqayıt” klubuna transfer edilib

Təbrizin “Maşınsazi” komandasının oyunçusu “Sumqayıt” klubuna transfer edilib


Təbrizli futbolçu Peyman Babayi Azərbaycan Respublikasının “Sumqayıt” klubuna transfer edilib.

Azərbaycanlı hücumçu “Maşınsazi”nin sahibinin İstanbuldakı ofisində “Sumqayıt” klubuna keçməklə bağlı müqaviləyə imza atıb.

18 aylıq müqavilə əsasında “Sumqayıt”ın şərəfini qoruyacaq olan Peyman Babayi 8 nömrəli formada çıxış edəcək.

“Traxtur” klubunun yetirməsi olan Peyman Babayinin 24 yaşı var, o Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları “Gostəreş Fulad” (26 oyun, 7 qol) və “Maşınsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.

Geri dön