Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Binab Universitetində öyrəncilərin könüllü seçdiyi türk dili və ədəbiyyatı dərsliyi ləğv olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Binab Universitetində öyrəncilərin könüllü seçdiyi türk dili və ədəbiyyatı dərsliyi ləğv olunub

Binab Universitetində öyrəncilərin könüllü seçdiyi türk dili və ədəbiyyatı dərsliyi ləğv olunub


Binab (Bin ev) Universiteti öyrəncilərinin ardıcıl tələbindən sonra tədrisinə başlanılan türk dili və ədəbiyyatı dərslikləri ləğv olunub. Bu dərsliklər məcburi deyil, könüllü olaraq seçən öyrəncilərə tədris olunurdu.

Öyrəncilərin uzun illər mübarizəsindən sonra Binab Universitetində türk dili və ədəbiyyatı fənni iki dərslik şəkilində təhsil ocağına təqdim olunub. Dərsliklərin tədrisinə Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi tərəfindən icazə verildikdən və universitetin təlim şurasında təsdiqləndikdən sonra başlanmışdır.

Türk öyrəncilər arasında böyük rəğbətlə qarşılanan dərsliklər son iki semestrdə (term) universitetdə tədris olunub.

Dərsliklərin gözlənilmədən ixtiyari dərsliklər siyahısından çıxarılması çoxlarını təəccübləndirib, universitet məsulları hələlik bu barədə heç bir açıqlama verməyib.

Binab Universitetinin türk öyrənciləri ali təhsil müəssisəsinin Azərbaycana qarşı yönələn qərarına etiraz etməyi planlaşdırır.

Hal-hazırda uzun illər mübarizədən sonra Güney Azərbaycanın bir neçə universitetində türk dili və ədəbiyyatı fənni tədris olunur. Türk dili dərsi öyrəncilər üçün məcburi deyil, buna baxmayaraq çox sayda öyrənci bu dərsliyi könüllü şəkildə seçir.

Geri dön