Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Boliviyada avtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Boliviyada avtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb

Boliviyada avtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb


Boliviyanın cənubunda yerləşən Tarixa şəhəri rayonunda sərnişin avtobusunun 150 metr dərinliyində yarğana aşması nəticəsində azı 13 nəfər həlak olub, 26 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

TASS informasiy xəbər verir ki, ilkin məlumata əsasən, qəzaya avtobusun əyləc sistemindəki nasazlıq səbəb olub. Xilasedicilər hadisə zamanı həlak olanların cəsədlərini avtobusdan çıxarıb, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Həlak olanların dördü və xəsarət alanların yeddisi Argentinanın həvəskar futbol klublarından birinin oyunçularıdır.

Bu, son iki gündə Boliviyada ağır tələfatla nəticələnən ikinci hadisədir. Yanvarın 19-da Oruro və Potosi departamentlərini birləşdirən avtomobil şosesində iki avtobusun toqquşması nəticəsində 22 nəfər həlak olmuş, 37 nəfər yaralanmışdı.

Geri dön