Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tokio məhkəməsi Karlos Qonun girov müqabilində azad olunmasından növbəti dəfə imtina edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Tokio məhkəməsi Karlos Qonun girov müqabilində azad olunmasından növbəti dəfə imtina edib

Tokio məhkəməsi Karlos Qonun girov müqabilində azad olunmasından növbəti dəfə imtina edib


Tokio məhkəməsi “Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonun girov müqabilində azad olunmasından növbəti dəfə imtina edib.

K.Qon artıq iki aydır həbsdədir. Yəqin ki, bu müddət hələ çox uzanacaq . Onun azadlığa çıxmaq şansı çox azdır. K.Qonun vəkillərinin bu qərardan şikayət edəcəyi gözlənilir.

Cari ayın əvvəllərində K.Qona qarşı yeni ittiham irəli sürüldükdən sonra bu, vəkillər komandasının onun girov müqabilində azad olunması üçün ikinci müraciətidir. Bu dəfə ona qarşı etibardan sui-istifadə və kompensasiyaların məbləğinin gizlədilməsi ittihamları irəli sürülüb.

İlk apellyasiya zamanı o, Fransada yaşamaq və məhkəməyə qatılmaq üçün Tokioya gəlmək şərtilə azad olunmasını xahiş etmişdi. İstintaqın gedişinə maneə yaratmamaq və faktların saxtalaşdırılmasının qarşısını almaq məqsədilə onun bu xahişi rədd edilmişdi.

Növbəti müraciətində o, Yaponiyada qalacağını, nəzarət qolbağı taxacağını və bütün digər şərtlərə əməl edəcəyini bildirib.

Lakin buna baxmayaraq, məhkəmə növbəti dəfə onu girov müqabilində azad etməkdən imtina edib. Yaponiyada xüsusi prokurorların istintaqı altında olan və ittihamı qəbul etməyən müttəhimlər adətən uzun müddət həbsdə saxlanılır.



Vüqar Ağayev

Geri dön