Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Türk ədəbiyyatına ilk qədəm” dərsliyi yenidən nəşr edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Türk ədəbiyyatına ilk qədəm” dərsliyi yenidən nəşr edilib

“Türk ədəbiyyatına ilk qədəm” dərsliyi yenidən nəşr edilib


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə “Türk ədəbiyyatına ilk qədəm” dərsliyinin “Elm” nəşriyyatı tərəfindən transfonoliterasiya olunmuş variantı çap edilib.

İnstitutdan bildirilib ki, yeni çap olunmuş kitabın elmi məsləhətçisi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, tərtib edib nəşrə hazırlayan və “Ön söz”ün müəllifi isə Səadət Nəsirovadır. Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.

Dərslik 1906-cı ildə Bakıda keçirilmiş müəllimlərin birinci qurultayının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq tərtib edilib.

“Türk ədəbiyyatına ilk qədəm” dərsliyi ali məktəb tələbələri və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.

Geri dön