Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Əfv Təşkilatı: “2018-ci il tarixdə İran üçün utanc ili kimi yadda qalacaq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Beynəlxalq Əfv Təşkilatı: “2018-ci il tarixdə İran üçün utanc ili kimi yadda qalacaq”

Beynəlxalq Əfv Təşkilatı: “2018-ci il tarixdə İran üçün utanc ili kimi yadda qalacaq”


Beynəlxalq Əfv Təşkilatı yanvarın 24-də İranda insan hüquqlarının durumu ilə bağlı yeni hesabat yayaraq, 2018-ci ili İran üçün “utanc ili” adlandırıb.

Hesabatda 2018-ci ilin əvvəllərində İranın 105 şəhərində yüz minlərlə insanın yoxsulluğa, korrupsiyaya, fəsada və repressiyalara qarşı keçirdiyi kütləvi etirazlara toxunularaq, İran rəhbərlərinin dinc etirazçılara qarşı repressiyaları qınanılır: “Həmin etirazlarda minlərlə dinc etirazçı həbs edilərək qəddarcasına repressiyalara məruz qalıb.

2018-ci ildə İranda 7 mindən çox insan həbs edilib. Həbs edilənlərin əksəriyyətini tələbələr, jurnalistlər, ətraf mühit fəalları, fəhlələr, hüquq müdafiəçiləri, qadın hüquq müdafiəçiləri, eləcə də milli və dini azlıqlardan olan fəallar təşkil edir.

Həmçinin həbs edilənlərin 50-si jurnalistdir. Onlardan isə 20-si ədalətsiz məhkəmələrdə mühakimə olanaraq ağır və uzunmüddətli həbsə məhkum ediliblər. Həmin ildə İranın müxtəlif şəhərlərində aparılan özbaşına həbslərdə tutulanların bir çoxuna zorakılıq tətbiq edilərək şallaq zərbələri vurulub, ən azı 26 dinc etirazçı hökumət qüvvələri tərəfindən öldürülüb.

Beynəlxalq Əfv Təşkilatının Şimali Afrika və Orta Şərq üzrə bölməsinin rəhbəri Filip Luther jurnalistlərə açıqlamasında İranda insan hüquqlarının vəziyyəti ilə bağlı yayılan yeni hasabata münasibət bildirib: “2018-ci il tarixdə İran üçün utanc ili kimi yadda qalacaq. Çünki həmin ildə İran rəhbərləri ölkədə söz və ifadə azadlığına, azad və dinc toplantıların keçirilməsinə qarşı repressiyaları gücləndirərək və dinc etirazçıları kütləvi şəkildə həbs edərək, ölkədə hər hansı bir müxalif səsi susdurmağa çalışdılar”.

Geri dön