Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Neil Basu: Razılaşma olmadan Avropa İttifaqından çıxmaq təhlükəsizlik baxımından çox pis nəticələnə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Neil Basu: Razılaşma olmadan Avropa İttifaqından çıxmaq təhlükəsizlik baxımından çox pis nəticələnə bilər

Neil Basu: Razılaşma olmadan Avropa İttifaqından çıxmaq təhlükəsizlik baxımından çox pis nəticələnə bilər


London Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunan yığıncaqda çıxış edən terrorla mübarizəyə məsul polis nümayəndəsi Neil Basu bildirib ki, Böyük Britaniyanın razılaşma olmadan Avropa İttifaqından çıxması təhlükəsizlik baxımından çox pis nəticələnə bilər. O deyib: “Brexit”lə əlaqədar məni ən çox narahat edən cəmiyyəti qarşı-qarşıya gətirməsidir. Referendum zamanı sağçı və millətçi hərəkat kimi böyüyən qrupların olduğunu gördük. Biz bu qrupların ölkədə uzun ömürlü olmaması üçün çalışırıq”.

Neil Basu, həmçinin “Brexit”dən sonra terror hücumlarında artım riskinə dair məlumat almadıqlarını qeyd edib.

Aynurə Tağıyeva

Geri dön