Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avroparlamentin anti-Azərbaycan qətnaməsi Azərbaycana qarşı seleksiya siyasətidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Avroparlamentin anti-Azərbaycan qətnaməsi Azərbaycana qarşı seleksiya siyasətidir

Avroparlamentin anti-Azərbaycan qətnaməsi Azərbaycana qarşı seleksiya siyasətidir


Fərəc Quliyev: “Bu qətnamə düşünülmüş şəkildə Azərbaycana təzyiq etmək üçün erməni lobbisi tərəfindən ələ alınmış deputatların ortaya qoyduğu mövqedir”

Məlum olduğu kimi, Avropa Parlamentində həbsdə olan bloger Mehman Hüseynovla bağlı qərəzli qətnamə qəbul edilib.
Məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu, Azərbaycana qarşı ikili yanaşmanın təzahürüdür. “Bilirsiniz, bu qətnamə Azərbaycana qarşı qərəzli yanaşmadır. Mən özüm Avropa Parlament Assambleyasında Azərbaycanı təmsil edirəm. İspaniyada, Belçikada, Fransada, hətta Ermənistanda belə, məsələ qaldırmışam ki, ermənilər tərəfindən girov götürülən azərbaycanlılar qızıl mədənlərində qul kimi işlədilir. Yaxud 1 milyondan artıq insan öz ata-baba yurdlarından didərgin düşüb və onların bütün hüquqları pozulub, amma səsini çıxaran yoxdur. 200 min nəfərdən çox azərbaycanlı Qərbi Azərbaycandan deportasiya edilib, lakin buna münasibət bildirən tapılmır. Bir nəfərin hüquqlarının müdafiəsi adı ilə məsələ qaldıran adamlara müraciət etmək lazımdır ki, bu qədər insanın hüquqları pozulub, siz nə üçün buna münasibət bildirmirsiniz? Göründüyü kimi, bu, seleksiya siyasətidir. Bu qətnamə düşünülmüş şəkildə Azərbaycana təzyiq etmək üçün erməni lobbisi tərəfindən ələ alınmış deputatların ortaya qoyduğu mövqedir”.
İradə SARIYEVA

Geri dön