Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elçin Mirzəbəyli: Radikal müxalifət Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Elçin Mirzəbəyli: Radikal müxalifət Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıb

Elçin Mirzəbəyli: Radikal müxalifət Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıb


Müxalifətin radikal düşərgəsində təmsil olunan azsaylı qruplara rəhbərlik edən şəxslərin təxminən 25 il ərzində keçdiyi yola nəzər salsaq, onların vaxtilə elan etdikləri prinsiplərə necə dönük çıxdıqlarının, mənəvi, ideoloji deqradasiyaya uğradıqlarının şahidi olarıq. Azərbaycan dövləti və cəmiyyəti inkişaf etdikcə onlar nəinki yerlərində sayıblar, hətta daha da geriyə gediblər.

Bu fikirləri açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert bildirib ki, bu illər ərzində siyasi iddiaları intellektual potensiallarını yüz dəfələrlə üstələyən bu şəxslərin nəinki düşüncəsində, hətta söz və arqument ehtiyatlarında belə hər hansı bir dəyişiklik baş verməyib. Bu müddətdə radikal düşərgədə Azərbaycan dilində mövcud olan və siyasi-ideoloji anlam daşıyan bütün söz və söz birləşmələrindən istifadə edilərək çoxsaylı birliklər, hərəkatlar yaradılıb və onların hər birinin aqibəti eyni olub: İflas! İflasa aparan səbəblər də eyni olub: Qarşılıqlı, qurşaqdan aşağı ittihamlar, ortalıqda konkret proqramın, strategiyanın, hədəfin olmaması, xaricdən müxtəlif yollarla ötürülən vəsaitlərin bölünməsi zamanı yaranan fikir ayrılıqları, bəsit korporativ maraqlar. Bu zaman kəsiyində Azərbaycanda keçirilən parlament seçkilərinin birində bir neçə yer qazanan siyasi qrupu eyni düşərgədə təmsil olunan və nəticə əldə etməyən digər qrup xəyanətdə ittiham edib. Növbəti seçkilərdə parlamentdəki yerlərini itirən qrup daha öncə ona qarşı eyni davranışı sərgiləyən qrupa qarşı xəyanətdə günahlandırıb. Beləcə ittihamlar bir-birini əvəz edib və son nəticədə onların nəinki hər seçkiöncəsi qarşılıqlı olaraq götürdükləri öhdəliklərə, hətta ideoloji prinsiplərinə, Azərbaycan dövlətçiliyinə qarşı xəyanət etdikləri ortaya çıxıb. Bu adamlar vaxtilə korrupsiyada ittiham etdikləri məmurlar ifşa olunduqdan və hakimiyyətdən qovulduqdan sonra dərhal bu korrupsionerlərin oğurladıqları vəsaitlərdən pay almaq üçün onlara qucaq açıblar. Qatı cinayətkarları, Azərbaycan dövlətçiliyinə qarşı silah qaldıranları, ölkənin dünyəvi, demokratik Konstitusiya quruluşunu zorla dəyişmək istəyənləri, dövlətə xəyanət etdikləri məhkəmə qərarları ilə sübuta yetirilən vətən xainlərini himayə və müdafiə ediblər. Azərbaycanı beynəlxalq səviyyədə gözdən salmaq üçün erməni diasporu və lobbisi ilə vahid strategiya əsasında hərəkət ediblər. Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıblar. Bu adamların əslində kim olduqlarını müəyyənləşdirmək üçün xüsusi araşdırmaya, təhlilə də ehtiyac yoxdur. Qarşılıqlı ittihamları kim olduqlarını ortaya qoyur.

Geri dön