Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib


Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Ford” markalı sərnişin mikroavtobusun aşması nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib. Yaralılardan üçü Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri dön