Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İngiltərə kuboku: “Tottenhem” mübarizəni dayandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > İngiltərə kuboku: “Tottenhem” mübarizəni dayandırıb

İngiltərə kuboku: “Tottenhem” mübarizəni dayandırıb


Yanvarın 27-də İngiltərə kubokunun onaltıdabir final mərhələsinin görüşləri keçirilib.

Mərhələnin gözlənilməz hesabı “Selhurst Park” stadionunda qeydə alınıb. “Kristal Palas” “Tottenhem” klubu ilə üz-üzə gəlib. Görüş “Kristal Palas”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib tərəfin heyətində Konor Vicham (9) və Andros Tovnsend (34) fərqləniblər. Bu məğlubiyyətdən sonra “Tottenhem” klubu İngiltərə kubokunda mübarizəni dayandırıb.

Səkkizdəbir final mərhələsinə digər vəsiqəni “Çelsi” klubu qazanıb. Paytaxt təmsilçisi “Şeffild Uensdey”i böyük hesabla məğlub edib – 3:0. Maurisio Sarinin yetirmələrin heyətində Villian (26,83 - penalti) və Hadson-Odoi (64) fərqləniblər.

Geri dön