Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qoşaçay azyaşlıların ailə qurması üzrə əyalət şəhərləri arasında birinci yerdədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qoşaçay azyaşlıların ailə qurması üzrə əyalət şəhərləri arasında birinci yerdədir

Qoşaçay azyaşlıların ailə qurması üzrə əyalət şəhərləri arasında birinci yerdədir


Qərbi Azərbaycan Əyalətinin Qoşaçay şəhərində azyaşlıların nikaha girməsi dəb halına çevrilməkdədir.

Qərbi Azərbaycan Təhsil Şöbəsinin rəsmisi Bəhram Səmədi bu barədə Təhsil Şöbəsinin yeni müdirinin təqdimat mərasimində çıxışı zamanı danışıb.

O bildirib ki, Qoşaçayda, xüsusi ilə də Mərhəmətabad məntəqəsində çox sayda azyaşlıların ailə qurmasına şahid oluruq. Bu məntəqə azyaşlıların nikaha girməsi üzrə əyalət şəhərləri arasında birinci yeri tutur.

Bəhram Səmədi kiçik yaşlarında ailə quran qız və oğlanların təhsildən kənarda qaldıqlarını bildirərək vurğulayıb ki, bu problemi aradan qaldırmaq üçün valdeyinlər arasında maarifləndirmə işləri aparılmalıdır. Bu baş verərsə, həmin uşaqları təhsilə cəlb etmək mümkün ola bilər.

Təhsil Şöbəsinin rəsmisi Qoşaçay müəllimlərinin tibb mərkəzi probleminə də toxunub. O Tehsil Şöbəsinin yeni müdirinin səyi nəticəsində müəllimlər üçün Tibb Mərkəzinin inşasına büdcə vəsaiti ayrılacağına ümid etdiyini bildirib.

Qoşaçayda artıq Təhsil Şöbəsinin yeni müdiri Behruz Tağızadə rəsmən fəaliyyətə başlayıb, o təqaüdə çıxmış Calal Purmirzanı əvəz edib.

Qeyd edək ki, son vaxtlar Güney Azərbaycanın şəhər və kəndlərində çox sayda azyaşlı qız yaxınları tərəfindən ailə qurmağa məcbur edilir. Şübhəsiz ki, bu problemin kökündə yoxsulluq dayanır, belə faktlara Güney Azərbaycanın əksər bölgələrində rast gəlinir.

Geri dön