Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Premyer Liqasının XV turunun oyun cədvəli açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan Premyer Liqasının XV turunun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasının XV turunun oyun cədvəli açıqlanıb


Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XV turunun oyunlarının vaxtı müəyyənləşib.

On beşinci turun oyunları iki günü əhatə edəcək.

Tura fevralın 2-də saat 16:30-da Zirə İdman Kompleksinin stadionunda “Zirə”–“Sabah” görüşü ilə start veriləcək. Həmin gün keçiriləcək “Keşlə”–“Səbail” oyunu isə saat 19:00-da başlayacaq. Qarşılaşma “ASK Arena”da təşkil olunacaq.

İkinci günün ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq. “Qəbələ” “Sumqayıt” komandasını qəbul edəcək.

Mərkəzi qarşılaşma hesab olunan “Qarabağ”–“Neftçi” görüşü saat 18:30-da start götürəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

On beş turdan sonra turnir cədvəlinə 33 xalla “Neftçi” klubu başçılıq edir. Ağdamın “Qarabağ” klubu 30 xalla ikinci, aktivində 19 xal olan “Səbail” üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq “Qəbələ” (17), “Sabah” (17), “Sumqayıt” (15), “Keşlə” (12) və “Zirə” (11) qərarlaşıblar.

Geri dön