Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sulduzda divarlara yazıldı: “Biz hamımız Abbas Lisaniyik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sulduzda divarlara yazıldı: “Biz hamımız Abbas Lisaniyik”

Sulduzda divarlara yazıldı: “Biz hamımız Abbas Lisaniyik”


Güney Azərbaycan şəhərlərində tanınmış azərbaycanlı fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlar davam edir.



Sulduzlu milli-mədəni fəallar digər Azərbaycan şəhərlərində olduğu kimi divarlara şüarlar yazaraq milli-mədəni fəalın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.



Şəhərin müxtəlif məntəqələrində “Biz hamımız Abbas Lisaniyik”, “Azərbaycan millətinin müdafiəçisini azad edin”, “Abbas Lisani azad olunsun” və s. kimi şüarlara rast gəlindiyi bildirilir.



Tanınmış fəal Abbas Lisani qanunsuz saxlanmasına etiraz olaraq Ərdəbil zindanında aclıq aksiyası keçirməkdədir. O yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra Təbriz Prokurorluğunda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.



Ötən günlərdə Ərdəbil, Təbriz, Urmiyə, Mərənd, Əhər, Tehran, Muğan və Çaypara şəhərlərində də tanınmış fəalın qanunsuz saxlanmasına etiraz olaraq divarlara oxşar şüarlar yazılıb, posterlər yayılıb və plakatlar nümayiş etdirilib.

Geri dön