Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada prezident seçkiləri ilə əlaqədar qeydə alınan namizədlərin sayı 26-ya çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ukraynada prezident seçkiləri ilə əlaqədar qeydə alınan namizədlərin sayı 26-ya çatıb

Ukraynada prezident seçkiləri ilə əlaqədar qeydə alınan namizədlərin sayı 26-ya çatıb


Ukraynanın Mərkəzi Seçki Komissiyasının növbəti iclasında daha üç nəfərin - İqor Smeşko, İnna Boqoslovskaya və Vladimir Zelenskinin prezidentliyə namizədlikləri qeydə alınıb.

Bununla da MSK tərəfindən qeydə alınan namizədlərin sayı 26-ya çatıb. Artıq 51 nəfər namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Qeydə alınan prezidentliyə namizədlərin sayının 30-u ötəcəyi proqnozlaşdırılır.

Emil Hüseynli

Geri dön