Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu il özünüməşğulluq proqramına 7-8 min ailənin cəlb edilməsi nəzərdə tutulur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Bu il özünüməşğulluq proqramına 7-8 min ailənin cəlb edilməsi nəzərdə tutulur

Bu il özünüməşğulluq proqramına 7-8 min ailənin cəlb edilməsi nəzərdə tutulur


Prezident İlham Əliyevin təşəbbüsü olan özünüməşğullluq proqramının əhatə dairəsi 2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox genişləndirilib. Ötən il proqrama müraciət edənlərdən 7296 nəfər təlim kurslarından keçərək biznes-planlarını müdafiə ediblər. Onlardan artıq 5500-nə aktivlər təqdim olunub.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O, aktivlərin verilməsi prosesinin davam etdirildiyini, hər həftə təqribən yüzədək şəxsə aktivlər verildiyini deyib. Proqrama cəlb olunanlar arasında həssas qruplardan olanların üstünlük təşkil etdiyini bildirən nazir qeyd edib ki, özünüməşğulluq proqramı ildə 7-8 min ailəni əhatə edir. Bu da faktiki olaraq ildə 7-8 min mikromüəssisənin və təsərrüfatın yaradılması deməkdir. 2019-cu ildə də özünüməşğulluq proqramına 7-8 min ailənin cəlb edilməsi nəzərdə tutulur. İl ərzində aktivlərin verilməsi prosesini ardıcıl şəkildə davam etdiriləcək.

Nazir proqram çərçivəsində ayrı-ayrı sənətkarlıq növləri üzrə kiçik təsərrüfat quranların da olduğunu, onların ötənilki proqram iştirakçılarından 1000 nəfərə qədərini təşkil etdiyini deyib.

Geri dön