Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan futbol klublarının 2018-ci ildə transferlərə xərclədikləri və qazandıqları məbləğ açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan futbol klublarının 2018-ci ildə transferlərə xərclədikləri və qazandıqları məbləğ açıqlanıb

Azərbaycan futbol klublarının 2018-ci ildə transferlərə xərclədikləri və qazandıqları məbləğ açıqlanıb


Azərbaycan futbol klublarının 2018-ci ildə transferlərə xərclədikləri və qazandıqları məbləğ açıqlanıb.

Klublarımız transferlərə 2,1 milyon dollar xərcləyiblər. Azərbaycan bu göstərici ilə dünyada 47-ci yerdədir. Siyahıya 1 milyard 981,3 milyon dollarla (ötən illə müqayisədə 20,5 faiz çox) İngiltərə klubları başçılıq edir. İspaniya klubları 1 milyard 352,5 milyon dollarla (85,2 faiz çox) ikinci, İtaliya isə 848,9 milyon dollarla (29.8 faiz çox) üçüncü pillədə qərarlaşıblar.

Klublarımızın transfer gəlirləri isə 1,4 milyon dollar təşkil edib. Ölkəmiz bu göstəricidə 73-cü sıradadır. Gəlirə görə isə ilk sırada 936,3 milyon dollarla Fransa (45.4 faiz çox), ikinci yerdə 935.2 milyon dollarla İngiltərə (42.7 faiz çox), üçüncü yerdə isə 908 milyon dollarla İspaniya (8 faiz çox) qərarlaşıb.

Qeyd edək ki, ötən illə müqayisədə Azərbaycan təmsilçilərinin ümumi transfer xərcləri 61,6 faiz azalıb, gəlirləri isə 95,7 faiz artıb.

Geri dön