Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Azərbaycana yeni təhlükəsizlik ekosistemi (iqtisadi sistem) təklifi etdi
Fərəc Quliyev Azərbaycana yeni təhlükəsizlik ekosistemi (iqtisadi sistem) təklifi etdi |
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin yaz sessiyasının bu gün- 01.02.2019 tarixində keçirilən ilk plenar iclasında çıxış edərək, bir neçə məsələyə münasibət bildirib. Milli Məclisdə daimi Qarabağ komitəsinin yaradılması, Parlament televiziyasının yaradılması və Azərbaycanın yeni ekosisteminin (iqtisadi sistemi) yaradılması haqqında qanunun qəbul olunması təkliflərini verdi.
Fərəc Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik: Hörmətli sədr, hörmətli həmkarlar! Yaz sessiyası üçün işlər planı qəbulolunandır. Amma daha üç məsələni yaz sessiyası üçün işlər planına daxil olunmasını təklif edirəm. Dünyadakı əsas cərəyanlara baxdıqda görürük ki, “torpaq və texnikanı”n ardınca yeni iqtisadiyyat dövründə “informasiya və məlumat bazasına söykənən məhsullar” qlobal rəqabət dönəmi başlayır. Həyatın və dövlətin yeni təbiətini müəyyənləşdirən “istehsal-istehlak-böyümə” düsturunun davam etdirilə bilməməsi, “enerji, su və ərzaq təhlükəsizliyi”, həyatın hər sahəsində “4-cü ölçüyə keçid”, işçi qüvvəsi kimi insan resurslarının tədricən ləğvi ,“sərt gücdən yumşaq gücə keçid” təməl referanslar olaraq formalaşmaqdadır. Bütün bu təməl parametlər içərisində yer alan texnologiyadakı dəyişikliklər , süni intellekt, virtual genişləndirilmiş reallıqlar inkişaf edərək insanların həyat və təbiətini dəyişdirməyə namizəddir. Hesab edirik ki ,neft ticarəti təhlükəsizlik ekosistemi yeni təhlukəsizlik ekosistemi ilə əvəz olunmalıdır. Bu istiqamətdə Parlament yaz sessiyası dönəmində yeni müzakirələr aparmalı,müvafiq komitə və şöbələr təhlükəsizlik ekosistemi haqqinda qanun layihəsini müzakirəyə təqdim etməlidir . Biz də əlimizdə olan təkliflər paketini işçi qruplara təqdim etməyə hazırıq. İkinci məsələ parlament televiziyası məsələsidir ki, burada bu məsələ keçən dönəmdə də səsləndirilmişdi. Hesab edirəm ki, indiki dönəmdə bu çox vacib şərtlərdən birisidir. İndi 5-ci kalonun fəallaşması, xarici dövlətlərin ölkədəki vəziyyəti gərginləşdirmək üçün etdiyi çabalar informasiya savaşında bu televiziyanın olmasının önəmini həddən artıq artırır. Bizim parlamentdə istənilən müxalif fikrin ortaya qoyulması cəmiyyətə olduğu kimi çatdırılmır. Mən öz timsalımda deyirəm dəfələrlə bütün məsələlərlə bağlı əgər kəm-kəsir olubsa çox sərt şəkildə mövqe bildirmişəm. Büdcə məsələlərində çox sərt şəkildə mövqe bildirmişəm. Çıxışlarıma tolerant şəkildə yanaşmalar olubdu və təkliflərimin demək olar 90-95%-i həmişə qəbul olunubdu .Amma biz bu müxalif fikrin, müxalif davranışın, hakimiyyətə müxalifliyin dövlətə müxalifliklə fərqini ortaya qoymağı bacarmalıyıq. Kənarda - meydanlarda, küçələrdə bu müxalifliyi edənlər görməlidirlər ki, parlamentdə ən normal şəkildə problemlərə müxalif davranışlar vardır, konsepsiyalar ortaya qoyulur və bu da çox normal şəkildə qarşılanır. Amma biz bunu cəmiyyətə çatdırmaq üçün rıçaqlarımız məhduddur və hesab edirəm ki, indi bəlkə Azərbaycan Televiziyasının rəhbərliyində dəyişiklik olandan sonra buna müəyyən qədər yenidən baxılsın. Amma parlament televiziyasının olması, deputatların ayrı-ayrılıqda fəaliyyəti haqqında münasibətlərin bildirilməsi, deyilən fikirlərin, xüsusilə müxalif fikirlərin orda səsləndirilməsi vacib şərtlərdən birisidir. Milli Məclisin deputatları haqqında bu yaxınlarda mənə də sual vermişdilər. Fəaliyyətsizliklə bağlı olaraq ortaya məsələ qoyurlar. Təbii ki, fəaliyyət təkcə çıxış eləməklə bağlı deyil. Mən ad da çəkib demişdim. Məsəl üçün deputat kolleqam Azər Kərimlini göstərmişdim ki, ola bilər çıxışları azdır amma onun İtaliyada göstərdiyi fəaliyyət az qala bir institutun göstərdiyi fəaliyyət qədərdir. Burda onlarla o cür deputatın adını çəkmək mümkündür. Yəni o deputatlara o tribunanın verilməsi və cəmiyyətlə o körpünün səhmana salınmasında məncə bu televiziyanın əhəmiyyəti olar və hesab edirəm ki, bu məsələ də yaz sessiyası dönəmində müzakirəyə çıxarıla bilər. Üçüncü məsələ isə parlamentdə Qarabağ Komitəsinin yaradılmasıdır. Bu yaxınlarda Dağlıq Qarabağ icmasının qurultayının keçirilməsini mən təqdirə layiq hal hesab edirəm. Orda yeni rəhbərliyin müəyyənləşməsi, çox savadlı,səviyyəli bacarıqlı, diplomatik gedişləri bilən o məsələlərlə bağlı olaraq kifayət qədər sanballı indiyə qədər mövqeyi olan insanların iş başına gəlməsini də alqışlayıram. Hesab edirəm bu, məsələyə dəstək olmaq üçün və artıq xüsusən Aərbaycan diplomatiyasının Qarabağ məsələsi ilə bağlı ciddi irəliləyişlər dönəmində olduğunu da nəzərə alsaq,təklifimin hər zamankından daha çox əhəmiyyəti vardır. Məncə Mən həmişə bunu təklif etmişəm, bir daha təkrar eləmək istəyirəm ki, parlamentdə daimi olaraq Qarabağ Komitəsinin yaradılması çox vacib şərtlərdən biridir. Bu dönəm üçün bu komitənin yaranması, fəaliyyət göstərməsi, müzakirələrin aparılması həm Dağlıq Qarabağ icmasına, ümumiyyətlə xarici siyasətdə Dağlıq Qarabağla bağlı məsələlərdə bizim töhvəmiz olar. Təşəkkür edirəm TIKLAYIN Geri dön |